Uşaq arabası (film, 1969)
Ailədə uşaq doğulmuşdur. Xoşbəxt ata uşaq arabası alır. Zaman keçir, uşaq böyüyür, daha araba lazım olmur, lazımsız bir şey kimi onu küçəyə atırlar. Məktəbli uşaqlar arabanı aparırlar.
Uşaq dəniz kənarında oynayır, bu vaxt öz arabasını görüb, tanıyır, məktəblilərdən almaq istəyir. Qısa mübahisədən sonra məktəblilər arabanın bir təkərini çıxarıb ona verirlər.